Bakı 0˚C Cloudy

Helikopter qəzasında işçi kimi təqdim olunan şəxs kimdir?

Gündəm 14:01 01 dek, 2021

Helikopter qəzasında işçi kimi təqdim edilən Nəbiyev Elçin Fikrət oğlu ehtiyatda olan polkovnik olub

Helikopter qəzasında işçi kimi təqdim olunan şəxs kimdir?

13 hərbçinin və 1 işçinin şəhid olduğu helikopter qəzasında işçi kimi təqdim edilən Nəbiyev Elçin Fikrət oğlu ehtiyatda olan polkovnik olub.

Qazet.az xəbər verir ki, Elçin Nəbiyev ilk və yeganə azərbaycanlıdır ki, sovet vaxtı Rusiyanın MİQ-31 qırıcı təyyarəsində uçuşlar həyata keçirib

1-ci Qarabağ müharibəsində ön cəbhədə düşmənin koordinatlarını və atəş nöqtələrini artilleriya və aviasiyaya ötürüb, sonralar Mİ-24 və Mİ-8 helikopterinə şturman kimi keçid alıb. 44 günlük İkinci Qarabağ Müharibəsində uğurlu əməliyyatların tərtibinidə müəlliflərdən biri, ön cəbhədə məxfi qərargahda birbaşa iştirakı olan Azərbaycanın gizli qəhramanlarından biridir.