Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək
İdman
20:10 06 yan, 2023
![Həndbol üzrə Avropa çempionatının təsnifat turniri Bakıda keçiriləcək](https://qazet.az/resized/fit900x500/center/pages/138864/30653cce-e29a-3752-82be-2709c576c160-850.jpg)
Kişi həndbolçular arasında 2026-cı ildə keçiriləcək Avropa çempionatının təsnifat turnirinə Bakı ev sahibliyi edəcək.
Azərbaycan Həndbol Federasiyasından Qazet.az-a verilən məlumata görə, seçmə mərhələsinin oyunları 13-15 yanvarda Bakı İdman Sarayında baş tutacaq.
Turnirdə Azərbaycan millisi ilə yanaşı, Böyük Britaniya, Kipr və Malta kollektivləri da mübarizə aparacaqlar.
Yığma ilk oyununu yanvarın 13-də Malta seçməsinə qarşı keçirəcək. Növbəti görüş 2 gün sonra Böyük Britaniya millisi ilə olacaq. Hər iki qarşılaşma saat 17:00-da başlayacaq. Azərbaycan millisi turnirdəki son matçına isə yanvarın 15-də çıxacaq. Kipr yığması ilə qarşılaşmanın başlama saatı 15:00-dır.