Hepatit mövzusunda layihə həyata keçirilir
Cəmiyyət
14:15 03 okt, 2022
"Turizmin İnkişafına Kömək" İctimai Birliyi "Hepatitlə mübarizədə maarifləndirmənin rolu" mövzusunda layihə həyata keçirir.
Qazet.az xəbər verir ki, tədbir Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutub.
Layihə çərçivəsində sentyabrın 26-30-da 2 nömrəli Bakı Baza Tibb kollecində 5 günlük tədbir həyata keçirilib.
Layihənin rəhbəri, biologiya üzrə fəlsəfə doktoru Aygün Yusifova hepatit barədə kollec tələbələrini maarifləndirib.
Hepatit, onun fəsadları, müalicə üsulları haqqında məlumat slaydşou formasında layihə iştirakçılarının nəzərinə təqdim edilib və müzakirələr təşkil edilib.
Layihə çərçivəsində maarifləndirici bukletlər paylanıb.