"Hər 10 dəqiqədə bir İran PUA-sı vururuq" - Zelenski
Gündəm
12:58 11 okt, 2022
Ukrayna miqyasında hava hücumu barədə xəbərdarlıq siqnalları işə düşüb.
Qazet.az xəbər verir ki, bu barədə Ukraynanın Fövqəladə Hallar Xidmətindən bildirilib. Məlumatda bildirilir ki, Ukrayna torpaqlarına raket hücumlarının yeni mərhələsi gözlənilir. Açıqlamada sakinlərə sığınacaqlarda qalmaq barədə xəbərdarlıq edilib. Məlumata görə, təkcə Zaporojye vilayətinə 12 ədəd "S-300" raketi atılıb. Kiyevə və Xersona hücumlar davam edir. Ölənlərin sayının 20-ni, yaralıların sayının isə 100-ü ötdüyü deyilir. Prezident Vladimir Zelenski Rusiyanın Ukraynaya PUA-a hücumlarını da davam etdirdiyini açıqlayıb. İndiyə qədər çox sayda İran istehsalı PUA vurulub.
“Hər 10 dəqiqədə İran istehsalı 1 PUA vururuq” - Zelenski deyib.