Hər gün 5 min əfqan İrana qaçır - Kirman
Gündəm
20:01 11 noy, 2021
Bunu Norveç Qaçqınlar Şurasının baş katibi Yan Eqeland Kirman deyib
Avropa bu insanların qarşısını almaq istəyirsə, Əfqanıstanda və qonşu ölkələrdə ümidə, imkana, fürsətə sərmayə qoymalıdır.
Qazet.az xəbər verir ki, bunu Norveç Qaçqınlar Şurasının baş katibi Yan Eqeland Kirman deyib.
O, hazırda 3,5 milyon əfqan vətəndaşının yaşadığı İrandakı qaçqınlara beynəlxalq dəstəyin artırılmasına çağırıb.
Kirman bildirib ki, hər gün 4-5 min əfqan İrana qaçır və heç bir tədbir görülməsə, bu vəziyyət Avropa üçün qaçqın böhranına çevriləcək.