Bakı 20˚C Mostly cloudy

Hərbi cinayətlərlə bağlı ciddi araşdırmalar aparılmalıdır - Asim Mollazadə

Gündəm 14:55 27 may, 2022

 O, Milli Məclisin bugünkü plenar iclasında çıxışı zamanı bildirib

Hərbi cinayətlərlə bağlı ciddi araşdırmalar aparılmalıdır - <span style="color:red">Asim Mollazadə</span>

“1994-cu ildə “Humans Rights Watch” təşkilatının hesabatında azərbaycanlı əsirlərlə bağlı araşdırmalarda onların orqanlarının çıxarıldığı məsələsi qeyd olunub”.

Qazet.az xəbər verir ki, bu barədə deputat  Asim Mollazadə Milli Məclisin bugünkü plenar iclasında bildirib.

Onun sözlərinə görə, həmin vaxt dərc olunan hesabat sonradan bütün internet resurslarından çıxarılıb: “Düşünürəm ki, törədilən hərbi cinayətlərlə bağlı ciddi araşdırmaları davam etdirməliyik. Azərbaycan hüquq-mühafizə orqanları bu məsələni yenidən qaldırmalıdır və hərbi cinayətlər törətmiş erməni cəlladları beynəlxalq tribunada məsuliyyətə cəlb olunmalıdır”.