Bakı 13˚C Sunny

Hərbi məhkəməyə müvəqqəti sədrlik edəcək

Siyasət 13:20 05 yan, 2023
Hərbi məhkəməyə müvəqqəti sədrlik edəcək

Bakı Hərbi Məhkəməsinə müvəqqəti sədr təyin edilib.

Qazet.az xəbər verir ki, sədr vəzifəsinin icrası hakim Zeynal Ağayevə həvalə olunub.

Qeyd edək ki, Zeynal Ağayev bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Hərbi Məhkəməsinin hakimi təyin olunub.

Zeynal Ağayev bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi olub. Bu təyinata kimi həmin məhkəmənin sədri vəzifəsini müvəqqəti icra edib.

Qaynaq