Bakı 7˚C Intermittent clouds

Hərbi Prokurorluq Daşkəsəndə minalarla bağlı araşdırmalara başlayıb

Gündəm 17:08 04 okt, 2022
Hərbi Prokurorluq Daşkəsəndə minalarla bağlı araşdırmalara başlayıb

Hərbi Prokurorluq Daşkəsəndə aşkarlanan minalarla bağlı araşdırmalara başlayıb.

Bu barədə Qazet.az-a Baş Prokurorluqdan məlumat verilib.

Daşkəsən rayonu Buğdadağ adlanan ərazidə 01-02 oktyabr 2022-ci il tarixlərdə erməni diversiya qruplarının yeni basdırdığı Ermənistanda istehsal edilmiş 452 ədəd “Э-001 М” tipli piyada əleyhinə mina Müdafiə Nazirliyinin mühəndis-istehkamçıları tərəfindən aşkar edilərək təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.
Həmin partlayıcı vasitələrin Vətən Müharibəsindən sonra basdırıldığı ehtimal edilir.
Faktla bağlı Azərbaycan Respublikası Hərbi Prokurorluğunda araşdırma aparılır.