Hərbi təlim toplanışına cəlb edilən hərbi vəzifəlilər praktiki atışlar yerinə yetiriblər - VİDEO
Gündəm
19:22 01 noy, 2021
Toplanışda qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib

Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə keçirilən hərbi təlim toplanışı davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Qazet.az-a verilən məlumata görə, plana uyğun olaraq ehtiyatda olan hərbi vəzifəlilər müxtəlif çaplı silahlardan təyin olunan hədəflərə atışlar icra ediblər.
Toplanışda qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.