Bakı 23˚C Windy

Hesablama Palatası INTOSAI-ın IT Auditi üzrə İşçi Qrupuna üzv qəbul edilib

Biznes 11:59 24 fev, 2022

"Bu, Palatanın son zamanlarda əldə etdiyi ən böyük nailiyyətlərdən biridir"

Hesablama Palatası INTOSAI-ın IT Auditi üzrə İşçi Qrupuna üzv qəbul edilib

Hesablama Palatası INTOSAI-ın qlobal prioritetliyə malik sahələrindən biri olan İT Auditi üzrə İşçi Qrupuna 55-ci üzv AAQ olaraq qəbul edilib.

Bu barədə Qazet.az-a Palatadan məlumat verilib.

"Bu, Palatanın son zamanlarda əldə etdiyi ən böyük nailiyyətlərdən biridir", -deyə qurum bəyan edib.

INTOSAI-ın IT Auditi üzrə İşçi Qrupu 1989-cu ildə Almaniyanın Berlin şəhərində keçirilmiş INTOSAI-ın XIII Konqresi zamanı informasiya texnologiyalarının istifadəsi və auditi sahəsində bilik və bacarıqların inkişaf etdirilməsində üzv AAQ-ları dəstəkləmək məqsədilə yaradılıb.

Sədrliyini Hindistan Baş Auditor və Müfəttiş Ofisinin həyata keçirdiyi İşçi Qrupun üzvləri sırasına ABŞ, Böyük Britaniya, Türkiyə, Yaponiya, Küveyt, Macarıstan, Gürcüstan, Braziliya, Rusiya və digər ölkələrin AAQ-ları daxildir.

IT Auditi üzrə İşçi Qrupun məqsədləri biliyin inkişafı və ötürülməsinin dəstəklənməsi və təşviqini, üzvlərin töhfələri əsasında IT Auditi üzrə məlumat bazasının nəşrini, üzvlər arasında standartların və təlimatların müzakirəsini, hazırlanmasını və yayılmasını, ikitərəfli və regional əməkdaşlığın və təcrübə mübadiləsinin, auditorlar və audit direktorları üçün yerli və regional təlim fəaliyyətlərinin təşviqini əhatə edir.