Bakı 18˚C Intermittent clouds

Heydər Əliyev Fondu: Ənvər Həsənovun ailəsinə dəstək göstərilir

Xəbərlər 00:00 31 avq, 2022
Heydər Əliyev Fondu: Ənvər Həsənovun ailəsinə dəstək göstərilir

Xalq artisti Ənvər Həsənovun səhhəti ağır olaraq qalır.

Sənətkarın qızı APA-ya bildirib ki, bu gün atasının "Covid-19" testi də pozitiv çıxıb. O, atasının müalicəsinin davam etdirildiyini söyləyib.

Heydər Əliyev Fondundan bildirilib ki, aktyorun ailəsi müalicəyə yardım etmək üçün müraciət edib. Fond da, öz növbəsində, ailəyə dəstək göstərir.

Qeyd edək ki, Xalq artistinin səhhətində bir neçə gün öncə ciddi problem yaranıb. O, hazırda Mərdəkanda xəstəxanada müalicə alır.