Bakı 3˚C Intermittent clouds

Heydər Əliyev Sarayının yaxınlığında yanğın xəbəri haqda açıqlama

Gündəm 11:41 26 sen, 2021

FHN Heydər Əliyev sarayında yanğın barədə məlumatı təkzib etdi

Heydər Əliyev Sarayının yaxınlığında yanğın xəbəri haqda açıqlama

Fövqəladə Hallar Nazirliyi Heydər Əliyev Sarayının yaxınlığında yanğının baş verməsi barədə yayılan xəbərin həqiqətə uyğun olmadığını bildirib.

Nazirlikdən Qazet.az-a verilən məlumata görə, Heydər Əliyev Sarayının yaxınlığındakı binada qısamüddətli tüstülənmə olub və bunun qarşısı qısa müddətdə alınıb. Yanğın hadisəsi baş verməyib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın bir sıra mətbu orqanları Heydər Əliyev Sarayında yanğının baş verməsi barədə həqiqətə uyğun olmayan xəbər yayıb.