Bakı 6˚C Dreary

Heydər Əliyevin anım gününə həsr olunmuş turnirin qalibləri müəyyənləşdi

İdman 10:45 12 dek, 2022
Heydər Əliyevin  anım gününə həsr olunmuş turnirin qalibləri müəyyənləşdi

“Təhsil” Respublika İdman Mərkəzinin PHŞ-in 4 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman -Şahmat Məktəbi PHŞ-nin təşkilatçılığı ilə 10 dekabr 2022-ci il tarixində, Xalqımızın Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş 8-14 yaşadək uşaqlar arasında Blitz (sürətl) şahmat turniri keçirilib.

Qazet.az xəbər verir ki, turnirin açılışı zamanı Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tarixə müstəqil Azərbaycanın qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan vətən qarşısında, xidmətlərindən bəhs edilib, yeniyetmə şahmatçılara ətraflı məlumat verilib.

Turnirdə 76 oğlan, 26 qız olmaqla 102 nəfər yeniyetmə şahmatçı iştirak edib.

Yarışda ümumi hesabda Yusif Əliyev 1-ci yerə çıxıb. Malik Nağıyev 2-ci, Ömər Xəlilzadə 3-cü olub. Eyni zamanda 8,10 ,12 ,14 yaşadək ilk 3 yeri tutan şahmatçılar və yüksək nəticə göstərən qız iştirakçılar diplom və medallarla təltif olunub.