Bakı 6˚C Dreary

Həyətində toy məclisi təşkil edən şəxs cərimələndi

Gündəm 15:25 06 noy, 2021

Cəlilabad rayonunda həyətdə toy edən şəxs cərmələndi

Həyətində toy məclisi təşkil edən şəxs cərimələndi

Cəlilabad rayonunda həyətdə toy edən şəxsin karantin qaydalarını pozduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Qazet.az-a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Cəlilabad şəhəri ərazisində fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.

Karantin rejim qaydalarının pozulduğuna görə toy təşkilatçısı Ə.Nəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.