Heykəltəraş 1 tondan çox pomidordan qum üzərində Şaxta baba düzəldib
Maraqlı
12:35 28 dek, 2022
![Heykəltəraş 1 tondan çox pomidordan qum üzərində Şaxta baba düzəldib](https://qazet.az/resized/fit900x500/center/pages/136113/h7zqi6agqyhaaasn55k8199ipd4eps8g.jpg)
Hindistanlı rəssam və heykəltəraş Sudarsan Pattnaik Odişa əyalətinin şərqindəki Qopalpur şəhəri yaxınlığındakı çimərlikdə Santa Klausun qum və pomidor heykəlini ictimaiyyətə təqdim edib.
Qazet.az xəbər verir ki, bu barədə usta özünün "tviter" səhifəsində yazıb.
Ustanın dediyinə görə, o, eni 18,2 m və hündürlüyü 8,2 metr olan heykəli 15 şagirdinin köməyi ilə yaradıb.
"Santa, Odişadakı Qopalpur çimərliyində 1,5 ton pomidordan ibarət dünyanın ən böyük pomidor və qumdan ibarət Santa Klaus abidəsidir. Bu heykəl 18 metr hündürlükdə və 8,2 metr enindədir. Tələbələrim heykəli tamamlamaq üçün bir araya gəldilər. 2022-ci ilin Milad bayramınız mübarək", - o sosial şəbəkə hesabında yazıb.