Heyli Baldvin Castin Biberin ona pis davranması ilə bağlı şayiələrə aydınlıq gətirdi
Kanadalı müğənninin həyat yoldaşına pis davranması ilə bağlı şayiələr sürətlə yayılıb
2018 -ci ildə dünya evinə girən məşhur müğənni Castin Biber və model Heyli Baldvin haqqında şayiələr sürətlə yayılır.
Qazet.az xəbər verir ki, 24 yaşlı məşhur model "4D With Demi Lovato" verilişində Castin Biberin onu təhqir etməsi ilə bağlı şayiələrə aydınlıq gətirib.
Şəxsi həyatı haqqında səmimi açıqlamalar verən Baldvin Biberin hər gün onu özünü xüsusi hiss etdirdiyini vurğulayıb.
“Mənə qarşı olduqca hörmətli davranan və hər gün özümü xüsusi hiss etdirən bir insanla birlikdə olduğumu söyləməkdən dolayı çox şanslıyam” deyərək Heyli iddiaları rədd edib.
Onun sözlərinə görə, çütlüyün ətrafında olanların da bu sözləri təsdiq edərdilər və bunun ona inam və rahatlıq verdiyini də əlavə edib.
Günay Cavanşir