Heyvanların rentgen-şəkillərini yaradaraq, insanları təbiətə yeni nəzərlə baxmağa sövq edir
"O, möcüzə dolu dünyanı öz heyranlarına rentgen-şüalanmada görmək imkanı yaradır..."
"Ölmüş heyvanlar rəssamın qeyri-adi yaradıcılığı sayəsində əbədiləşdirilir..."
Təbiəti müxtəlif nöqteyi-nəzərdən öyrənmək imkanı hər adama nəsib olmur.
Lakin bəzi ustadların sayəsində insanlar öz bilgilərinin üfüqlərini genişləndirə bilər.
Qazet.az xəbər verir ki, bu barədə "120 su" nəşri yazıb.
Məsələn, Ari van Rit öz heyranlarına möcüzə dolu dünyanı rentgen şüalanmada görmək imkanı yaradır.
Belə yaradıcılıq eksperimentlərinə onu xəstəxanadakı işi sövq edib.
1978-2012-ci illərdə Niderland sakini radiologiya, nüvə təbabəti və şüa terapiyası şöbələrində işləyib.
Məhz klinikanın sayəsində Arinin ağlına heyvanlar və bitkilərin bədii rentgen şəkillərini çəkmək və onların qəribə gözəlliyini və inanılmazlığını göstərmək ideyası yaranıb.
Ari, əlbəttə, şəxsi yaradıcılıq məqsədlərilə xəstəxana avadanlığından istifadə etmir. Onun özünün lazımi avadanlığı olan studiyası var.
Rəssamın bütün modelləri ölüdür, axı, o, əmindir ki, canlı varlıqları rentgen şüalarına məruz qoymaq qəddarlıqdır.
Ölən heyvanları, reptililəri, ilanları, quşları Ari gəzintilər zamanı tapır.
Üstəgəl, onun evlərində müxtəlif heyvanlar saxlayan tanışları var.
Ev heyvanları öləndə onlar rəssamın qeyri-adi yaradıcılığı sayəsində əbədiləşdirilir.