Hikmət Cavadov Zelenskiyə təşəkkür etdi - Foto
Gündəm
11:04 10 yan, 2023
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) rəhbəri Hikmət Cavadov Ukrayna vətəndaşlığı alıb.
Qazet.az xəbər verir ki, o, bu barədə məlumatı öz "facebook" hesabında paylaşıb.
H. Cavadov paylaşımında Ukrayna Prezidenti Volodimir Zelenskiyə təşəkkürünü də bildirib:
“Ukrayna vətəndaşlarının bir qismi ölkəni tərk etsələr də, mən bu ölkəyə, bu xalqa sonsuz etimad bəsləyərək onun gözəl gələcəyinə əsla şübhə etmirəm. Bu ağır dövrdə Ukrayna vətəndaşı olmaqdan böyük şərəf duyuram. Ukrayna vətəndaşlığı şərəfinə layiq görüldüyüm üçün Prezident Volodımır Zelenskiyə minnətdaram”.