Hikmət Hacıyev diplomatik nümayəndələrlə görüşdü
Siyasət
16:39 13 dek, 2022
Bugünkü görüşün məqsədi sizi Laçın-Şuşa yolundakı vəziyyət barədə məlumatlandırmaqdır.
Qazet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpusun nümayəndələri ilə görüşündə bildirib.
Prezidentin köməkçisi deyib: “Bildiyiniz kimi, gündəliyi pozmaq üçün bir çox məsələlər yaradılır. O cümlədən bəzi məsələlər təbliğat elementi kimi istifadə olunur. Ermənistan işğal zamanı bir çox qeyri-qanuni fəaliyyətlərlə məşğul olub. Azərbaycanın ictimai və mülki obyektləri, o cümlədən mədəni abidələri dağıntılara məruz qalıb. İşğaldan azad olunmuş ərazilərə ən son səfərimiz zamanı bunların şahidi olduq”.