Hikmət Hacıyev Türkiyəyə getdi
Siyasət
16:07 11 dek, 2021
Prezidentinin köməkçisi Hikmət Hacıyev Türkiyəyə səfərə gedib

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyəyə səfərə gedib.
Qazet.az Report-a istinadən xəbər verir ki, o, İstanbul şəhərində keçirilən 21-ci Beynəlxlaq Strateji Kommunikasiya forumunda iştirak edir.
Bu gün İstanbulda başlayan tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələri, şirkət təmsilçiləri, mütəxəssislər iştirak edirlər.
Toplantıda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan video-müraciəti səsləndiriləcək.
Forum iki gün davam edəcək.