Bakı 24˚C Sunny

Hikmət Mirzəyevin yaxın qohumunun evindən oğurluq edilib

Hadisə 11:53 13 dek, 2021

Hazırda faktla bağlı Abşeron rayon polis idarəsində araşdırma aparılır

Hikmət Mirzəyevin yaxın qohumunun evindən oğurluq edilib

Vətən Müharibəsi Qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyevin evindən oğurluq edilməsi iddiası ilə bağlı yeni təfərrüat məlum olub.

Qazet.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından "Report"a bildirilib ki, hadisə generalın yaxın qohumunun evində baş verib.

Belə ki, H.Mirzəyevin yaxın qohumunun Abşeron rayonu ərazisində yerləşən evindən oğurluq edilib.

Hazırda faktla bağlı Abşeron rayon polis idarəsində araşdırma aparılır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə H.Mirzəyevin evindən oğurluq edilməsi ilə bağlı məlumat yayılmışdı. Daha sonra daxili işlər nazirliyi məlumatı təkzib etmişdi.