Hindistan "Brahmos" raketini sınaqdan keçirdi
![Hindistan "Brahmos" raketini sınaqdan keçirdi](https://qazet.az/resized/fit900x500/center/pages/127200/brahmos.jpg)
Hindistan ordusu uzaq mənzilli “Brahmos” yer-yer raketini sınaqdan keçirib.
Qazet.az xəbər verir ki, bu barədə Andaman və Nikobar adalarının komandanlığı məlumat yayıb.
Andaman və Nikobar adalarının baş komandanı general-leytenant Ajay Sinqx Hindistan ordusunun Qərb Komandanlığını noyabrın 29-da Andaman və Nikobar adalarından "Brahmos" uzaq mənzilli yer-yer raketinin uğurlu sınağı münasibətilə təbrik edib.
Hindistan-Rusiya birgə müəssisəsi olan "Brahmos Aerospace" sualtı qayıqlardan, gəmilərdən, təyyarələrdən və ya yer platformalarından buraxıla bilən səsdən sürətli qanadlı raketlər istehsal edir. Şirkət 1998-ci ildə yaradılıb, Brahmaputra və Moskva çaylarının şərəfinə adlandırılıb. Birgə müəssisədə Rusiya tərəfini “NPO Maşınqayırma” şirkəti təmsil edir.