Hindistan məğlubiyyəti həzm edə bilmədi - Pakistanın qələbəsinə sevinənləri həbs etdi
Pakistan oktyabrın 24-də Hindistana kriket oyununda qalib gəlib
Pakistan kriket idmanı üzrə dünya çempionatında Hindistana qalib gəldikdən sonra iki ölkə arasında münasibətlər yenidən gündəmə gəlib.
Qazet.az “BBC”yə istinadən xəbər verir ki, Hindistan Pakistanın qələbəsini bayram edən 3 kəşmirli tələbəni saxlayıb.
Polisin məlumatına görə, saxlanılan şəxslər oyun zamanı “Hindistan əleyhinə və Pakistanın xeyrinə” şüarlar səsləndiriblər. Həmçinin tələbələr düşmənçiliyi təbliğ etməkdə və kiberterrorçuluqda ittiham olunurlar.
Bununla yanaşı, Pakistanın qələbəsinə sevinən digər şəxslər də təzyiqlə üzləşib. Polisin verdiyi məlumatda qeyd olunur ki, oktyabrın 25-i Hindistanın şimalında yerləşən Aqra şəhərində 3 kəşmirli tələbə öz votsaplarında pakistanlı kriket oyunçularının şərəfinə status paylaşdıqlarına görə təhsil müəssisəsindən kənarlaşdırılıblar.
Eyni zamanda bir məktəb müəllimi öz votsap statusunda Pakistanın qələbəsi münasibətilə təbrik mesajı yazdığından işdən qovulub. Qadın daha sonradan bu hərəkətinə görə həbs də olunub.
Yerli KİV-nin yazdığına görə, Pəncab ştatında Pakistanın komandasını dəstəkləməyə görə repressiyalar davam etdirilir.
Qeyd edək ki, Hindistan və Pakistan arasında oyun oktyabrın 24-ü keçirilib.