Bakı 24˚C Sunny

Hindistan Pakistana səsdən sürətli raket atdı

Gündəm 19:37 11 mar, 2022

Hindistanın səsdən sürətli raketi döyüş başlığı olmadan Pakistan ərazisinə düşüb

Hindistan Pakistana səsdən sürətli raket atdı

Pakistan Hindistanı hava məkanını pozmaqda ittiham edərək, Hindistan ərazisindən atılan raketin Pakistan ərazisinə düşdüyünü deyib. 

Qazet.az TASS-a istinadən xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü Hindistanın ölkədəki rəsmi nümayəndəsinin İslamabad Xarici İşlər Nazirliyinə çağırıldığını bildirib.

"Hindistan hökumətinə bu cür səhlənkarlığın pis nəticələrini nəzərə alması və gələcəkdə bu cür pozuntuların təkrarlanmaması üçün təsirli tədbirlər görməsi barədə xəbərdarlıq edilib", - Pakistan Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib. 

Qeyd edək ki, Hindistanın səsdən sürətli raketi döyüş başlığı olmadan Pakistan ərazisinə düşüb. 

Hindistan Müdafiə Nazirliyi Pakistana qarşı təsadüfən raket buraxılışını təsdiqləyib və hadisəni araşdıracağını bildirib.

"2022-ci il martın 9-da planlaşdırılmış xidmət zamanı texniki nasazlıq raketin təsadüfən buraxılmasına səbəb olub. Hindistan hökuməti yüksək səviyyəli istintaq məhkəməsinin yaradılması barədə göstəriş verib. Məlum olub ki, raket Pakistan ərazisinə düşüb", - Hindistan Müdafiə Nazirliyi vurğulayıb. 

Hindistan tərəfi həmçinin Pakistanla yaxşı münasibətlər qurmağa çalışdığını deyib:  "Bu hadisə dərin təəssüf hissi doğursa da, qəza nəticəsində heç kimin ölməməsi bizi həm də rahatlaşdırır".