Hindistan sərhədlərini xarici turistlərin üzünə açdı
Gündəm
19:05 15 noy, 2021
Hökumət Hindistana gələn turistlərdən sağlamlıqlarına diqqət yetirməyi tövsiyə edib
Covid-19 pandemiyasının yayılması səbəbindən 20 aydan sonra Hindistan bugün xarici turistlərin ölkəyə daxil olma qadağasını aradan qaldırıb.
Qazet.az xəbər verir ki, hal-hazırda Hindistan bütün ölkə üzrə vaksinasiya prosesinin sürətlənməsi və xəstəliyə tutulanların sayının azalması səbəbindən sərhədləri açıb.
Dünyanın 99 ölkəsindən tam vaksin olunmuş şəxslərin Hindistana girişi üçün viza alınmasına icazə verilib.