Bakı 6˚C Intermittent clouds

Hindistan Ukrayna ilə bağlı vətəndaşlarına MÜRACİƏT ETDİ

Cəmiyyət 11:17 25 okt, 2022
Hindistan Ukrayna ilə bağlı vətəndaşlarına MÜRACİƏT ETDİ

Hindistan Xarici İşlər Nazirliyi Ukraynadakı Hindistan vətəndaşlarının mümkün qədər tez zamanda ölkəni tərk edərək tez qonşu ölkələrə getməyi tövsiyə edib.

Qazet.az xəbər verir ki, XİN-in sözçüsü Arindam Baqçi Ukraynadakı Hindistan səfirliyinə vətəndaşların Ukraynanın Macarıstan, Polşa, Moldova, Slovakiya və Rumıniya ilə sərhədlərindəki nəzarət-buraxılış məntəqələri vasitəsilə sürətlə keçidini təmin etmək üçün göstərişlər göndərib.

Səfirliyə göndərilən təlimatda Ukraynadan çıxmaq üçün mümkün marşrutların siyahısı və sərhədi keçmək üçün lazımi sənədlərin siyahısı var.

Xatırladaq ki, ötən həftə Hindistanın Ukraynadakı səfirliyi fəaliyyətini davam etdirdiyini, diplomatik missiyanın təxliyəsinin və ya əməkdaşlarının Kiyevdən çıxarılmasının hələ planlaşdırılmadığını bildirmişdi.