Hindistan yeni zenit raketini uğurla sınaqdan keçirib
Gündəm
16:15 08 dek, 2021
Bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb

Hindistan hərbi dəniz qüvvələri üçün hazırlanmış yeni qısa mənzilli "yer-hava" raketini uğurla sınaqdan keçirib.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyi məlumat yayıb.
"Müdafiə Tədqiqatları və İnkişafı Təşkilatı tərəfindən Odişa ştatının sahillərində uğurlu uçuş sınaqları keçirilib. Sınaqlar şaquli buraxılış qurğusundan həyata keçirilib", - məlumatda deyilir.
Müdafiə Nazirliyi qeyd edir ki, bu sınaq buraxılışı bütün komponentlərin, o cümlədən şaquli buraxılış qurğusunun və silahlara nəzarət sisteminin işini kompleks yoxlamaq məqsədilə həyata keçirilib.
Sınaq buraxılışına Hindistan Hərbi Dəniz Qüvvələrinin yüksək səviyyəli rəsmiləri nəzarət edib.