Hindistanda avtobusun iştirakı ilə baş vermiş qəza nəticəsində 9 nəfər ölüb
Xəbərlər
12:13 31 dek, 2022
Hindistanın Qucarat ştatında avtobus və yolsuzluq avtomobili toqquşub.
Qazet.az TASS-a istinadən xəbər verir ki, qəza nəticəsində 9 nəfər ölüb.
Ölənlər avtobusun 8 sərnişin və sürücüsüdür. Daha 28 nəfər xəsarət alıb.
İlkin məlumatlara görə, qəzaya səbəb avtobus sürücüsünün infarkt keçirməsi olub.