Bakı 24˚C Windy

Hindistan Baş Qərargah rəisi helikopter qəzasında həlak olub

Gündəm 19:05 08 dek, 2021

Hindistanda Baş qərargah rəsinin olduğu hərbi helikopter qəzaya uğrayıb

Hindistan Baş Qərargah rəisi helikopter qəzasında həlak olub

Hindistan Müdafiə Nazirliyi Baş Qərargahının rəisi Bipin Ravat Rusiya istehsalı olan Mi-17V5 markalı helikopter qəzasında həlak olub. 
Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın müdafiə naziri Racnath Sinqh bildirib. 
Onun sözlərinə görə, Baş qərargah rəisinin həyat yoldaşı və daha 11 hərbçi helikopter qəzasında ölüb.

***

Hindistanda Mi-17 hərbi helikopteri qəzaya uğrayıb.

Qazet.az xəbər verir ki, helikopterin heyəti arasında ölkənin Baş qərargah rəisi Bipin Ravat da olub.

Ümumilikdə isə helikopter 14 nəfərlik heyətə malik olub.

Hadisə ilə bağlı təhqiqat başlayıb.