Bakı 21˚C Mostly sunny

Hindistanda hərbi təyyarə qəzası - Ölən var

Hadisə 23:00 06 yan, 2023
Hindistanda hərbi təyyarə qəzası - Ölən var

Hindistanda hərbi təlim təyyarəsi qəzaya uğrayıb.

Qazet.az NDTV-yə istinadən xəbər verir ki, Madhya Pradeş ştatında baş verən qəza nəticəsində 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb.

Təyyarə təlim uçuşu zamanı məbədin günbəzinə dəyib.

Məlumata görə, pilot həlak olub, kursant pilot  yaralanıb.

Qəzanın səbəbi hələlik məlum deyil.