Bakı 4˚C Windy

Hindistanda sel, 35 ölü, 100-dən çox itkin - Video

Gündəm 21:23 20 noy, 2021

Hindistanda güclü yağış insan ölümünə səbəb olub

Hindistanda sel, 35 ölü, 100-dən çox itkin - Video

Hindistanın Andxra-Pradeş ştatında güclü yağışların səbəb olduğu daşqın nəticəsində azı 35 nəfər ölüb, 100-dən çox insan itkin düşüb.

Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, sel nəticəsində 2 mərtəbəli ev uçub, həmin anlar həvəskar kameraya əks olunub.

Bildirilir ki, ən azı 5 bölgədə daşqınlar həyatı iflic edib. Tirupati və Kadapada daşqın nəticəsində dəmir yolu nəqliyyatı kəsilib.

Daşqından ən çox zərər çəkən Kadapa şəhərində yerli hava limanı noyabrın 25-dək bağlı qalacaq.

Kadapada güclü yağış zamanı 3 avtobus sel sularında qalıb, ən azı 18 nəfər həyatını itirib.

Daşqın səbəbiylə binanın uçması nəticəsində 17 nəfərin həyatını itirdiyi bildirilib.

Uçmuş binada dağıntılar altında qalan 10 nəfər xilas edilib, 2 nəfərin aqibətindən hələlik xəbər yoxdur.

Ştatda çayın ortasında qalanlar Hindistan Hərbi Hava Qüvvələri tərəfindən helikopterlə xilas edilib.

Rəsmi açıqlamalara görə, seldən zərər çəkmiş ərazilərdə 100-dən çox insan itkin düşüb.

Milli Fəlakətlərə Qarşı Mübarizə Qüvvələri (NDRF) qrupları daşqından zərər çəkmiş ərazilərdə axtarış və xilasetmə işlərini davam etdirir.