Hitlerin 2 müttəfiqi vardı, bəs Putinlə kimlər ortaqdır? SİYASİ ŞƏRH
Qazaxıstanı hədəf götürüblər
Putin Rusiyasının Ukraynaya qarşı müharibəsi Hitler Almaniyasının İkinci Dünya müharibəsinə başlaması ilə müqayisə edilməkdədir.
Qazet.az xəbər verir ki, politoloq Elxan Şahinoğlu Putinin bu müharibədə heç bir müttəfiq tapa bilmədiyini vurğulayıb.
O bildirib ki, Kollektiv Təhlükəsizlik Müaviləsi Təşkilatına üzv ölkələr müharibədən məsafə saxladılar, hətta Belarus Prezidenti Aleksandr Lukaşenko belə Kremlə dəstək versə də, ordusuna Ukraynaya hücum əmri verməkdən çəkindi:
“Rusiyaya qarşı koalisiyaya qoşulan dövlətlərin sayı 40-ı ötüb. Bu sıraya Rusiyanın məğlubiyyətini arzulayan dövlətləri də əlavə etmək lazımdır. İkinci Dünya müharibəsində Hitler Almaniyasına qarşı yaradılan beynəlxalq koalisiyaya rəsmən 53 ölkə qoşulmuşdu. Ancaq Hitlerin heç olmazsa Yaponiya və İtaliyanın simasında müttəfiqləri var idi, Stalinqrad döyüşündə Almaniya tərəfdən italyanlar və rumınlar da savaşırdı. Rusiya isə müharibəyə yalnız tərkibindəki azsaylı xaqları göndərib. Koalisiya alınmadığına görə də Qazaxıstanı hədəf götürüblər”.