Bakı 22˚C Thunderstorms

“Hizbullah” ilk dəfə döyüşçülərinin sayını açıqladı

Gündəm 14:56 19 okt, 2021

“Hizbullah” lideri Həsən Nəsrullah döyüşçülərinin sayını elan edib

“Hizbullah” ilk dəfə döyüşçülərinin sayını açıqladı

“Hizbullah” lideri Həsən Nəsrullah ilk dəfə sərəncamında olan silahlıların sayını açıqladı.

Qazet.az xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb.

 Onun sözlərinə görə, “Hizbullah”ın sərəncamında 100 min təlim keçmiş döyüşçü var.

"Biz bu qüvvələri Livanın talan edilən ərazilərini, sərvətlərini qorumaq üçün, ölkəmizin ləyaqətini və suverenliyini təcavüz və terrordan qorumaq üçün hazırladıq, daxili döyüşlər üçün yox", - Nəsrullah vurğulayıb.

Qeyd edək ki, əgər bu məlumatlar doğrudursa, “Hizbullah” ordusunda şəxsi heyətin sayı 85 min döyüşçüsü olan Livan Silahlı Qüvvələrindən çoxdur.

“Hizbullah” hər zaman Livanda sülh və əmin-amanlıq arzulayırdı ", - Nəsrullah hesab edir.

Mənbə