Bakı 26˚C Mostly sunny

Hökumət vergi orqanları işçilərinin maaşlarını təsdiqləyib

Siyasət 19:25 29 okt, 2021

Qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları təsdiqlənib

Hökumət vergi orqanları işçilərinin maaşlarını təsdiqləyib

Nazirlər Kabineti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarını təsdiq edib.

Qazet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, Dövlət Vergi Xidmətinin Aparatının, xidmətin strukturuna daxil olan qurumların, struktura daxil olan yerli bölmələrin, Tədris Mərkəzinin işçilərinin, struktura daxil olan qurumlar və struktura daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin aylıq vəzifə maaşları təsdiqlənib.

Maliyyə Nazirliyi vergi orqanları işçilərinin vəzifə maaşları ilə bağlı tələb olunan xərclərin maliyyələşdirilməsi üçün müvafiq tədbirlər görməlidir.