Holland jurnalist Rusiyadan xaric edildi
Rusiya dövləti cümə axşamı hollandiyalı jurnalist Tom Venninki ölkədən xaric edib.
Rusiya hökuməti bir holland jurnalistini bir sıra pozuntulara, o cümlədən, əvvəlcədən bildirmədən bu ölkənin vilayətlərindən birinə səfər etməsinə görə xaric edib.
Qazet.az “Reuters”ə istinadən xəbər verir ki, Rusiya dövləti cümə axşamı hollandiyalı jurnalist Tom Venninki ölkədən xaric edib.
Rusiya hökumət orqanları jurnalistə ölkəni tərk etmək üçün bazar ertəsindən üç gün möhlət verib və 2025-ci ilin yanvar ayına qədər də Rusiyaya geri dönməyə qadağa qoyub.
Tom Venik “Reuters”ə müsahibəsində deyib: “Dünən əşyalarımı topladım və Rusiyadan çıxdım. Rusiya dövlət orqanlarının şəxsən məni və qəzetimi hansı səbəbdən hədəfə aldıqlarını bilmirəm”.
Hollandiyanın Xarici İşlər nazirliyi bu hadisəyə reaksiya verib. Oradan bildirilib ki, əgər bir jurnalist öz istəyinin əksinə olaraq bir ölkədən xaric edilirsə, bu, Hollandiya üçün qəbuledilməzdir.