Bakı 5˚C Mostly cloudy

Hollandiya Bolqarıstanın Şengenə daxil olmasına razılıq vermədi

Gündəm 03:38 02 dek, 2022
Hollandiya Bolqarıstanın Şengenə daxil olmasına razılıq vermədi

Bolqarıstan Şengen zonasına daxil olmaq üçün Amsterdamın bir sıra tələblərinə cavab vermir.

Qazet.az 
Lenta.ru -ya istinadən xəbər verir ki, bu barədə Hollandiyanın "Telegraaf" qəzeti məlumat yayıb.

Nəşr vurğulayır ki, Hollandiya Şengen zonasına qoşulmaq kontekstində Bolqarıstanın namizədliyini təsdiq etməyən yeganə ölkə olaraq qalır. Eyni zamanda, Avropa Komissiyası daha əvvəl Bolqarıstan, Rumıniya və Xorvatiyanın Şengenə qoşulmağa hazır olduğunu bəyan edib. Hollandiya hökuməti yekun qərarı dekabrın 2-də verəcək.

"Hökumət Rumıniya və Xorvatiyanın qəbulu üçün yaşıl işıq yandıracaq, lakin Bolqarıstan bağlı qapılar arxasında intensiv müzakirələrin mövzusu olaraq qalır", - material müəllifi qeyd edir. Qəzetin mənbələrinə görə, Bolqarıstan Hollandiya tərəfinin bir sıra tələblərinə cavab vermir.