Honkonqda Dünya ticarət mərkəzinin binası yanır
Gündəm
15:34 15 dek, 2021
Hadisə yerinə yanğın xidmətinin iki dəstəsi cəlb olunub

Honkonqdakı Dünya ticarət mərkəzinin (World Trade Center) binasında günorta saatlarında yanğın baş verib.
Qazet.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 mərtəbəli binanın elektrik açarı otağından başlayan yanğın nəticəsində 12 nəfər tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.
Binadan 160-dək insan təxliyyə olunub, daha 350-dək şəxs binanın damına çıxıb.
Hadisə yerinə yanğın xidmətinin iki dəstəsi cəlb olunub.