Bakı 27˚C Sunny

Horadiz-Mincivan dəmir yolundan relslər oğurlanıb

Hadisə 16:10 04 okt, 2021

Relsi oğurlayan 3 nəfər saxlanılıb

Horadiz-Mincivan dəmir yolundan relslər oğurlanıb

Füzuli rayonunda “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 49 ədəd rels oğurlanıb.

Bu barədə Qazet.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının çevikliyi və operativliyi sayəsində Horadiz-Mincivan dəmir yolunun Füzuli rayonu ərazisindən keçən hissəsindən “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus 49 ədəd relsi oğurlayan 3 nəfər saxlanılıb.

Polis əməkdaşları tərəfindən onların Beyləqan rayon sakini İ.Həsənov, Bakı şəhər sakini Z.Zahidov və Ağdam rayon sakini M.Musayev olduqları müəyyən edilib.

Araşdırma aparılır.