Bakı 27˚C Cloudy

Horlemann Azərbaycanı təbrik etdi

Siyasət 12:24 18 okt, 2022
Horlemann Azərbaycanı təbrik etdi

Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann ölkəmizi Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib.

Qazet.az-ın məlumatına görə, o, bu barədə "tviter"də paylaşım edib.

"Müstəqilliyin Bərpası Gününüz Mübarək! Azərbaycan Respublikasını Müstəqilliyin Bərpasının 31-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm", - paylaşımda deyilir.