Bakı 1˚C Cloudy

“Hraparak”: Bu, hər hansı şəkildə Gorus-Qafan avtomobil yolunu əvəz edə bilməz

Siyasət 18:20 13 noy, 2021

Bu o deməkdir ki, əslində Gorus-Qafan yolu fəaliyyət göstərməyi dayandırır, Urud, Şurnux və Üçkurqan kəndləri isə mühasirəyə düşür

“Hraparak”: Bu, hər hansı şəkildə Gorus-Qafan avtomobil yolunu əvəz edə bilməz

“Hələ hər hansı demarkasiya və delimitasiya prosesi başlamasa da, Azərbaycan Gorus-Qafan dövlətlərarası, strateji əhəmiyyətli avtomobil yolunun Urud-Araçadzor sektorunda gömrük məntəqəsi yerləşdirməyə hazırlaşır. Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib”.

Qazet.az ordu.az-a istinadən xəbər verir ki, bu sözləri Ermənistanın “Hraparak” nəşrində dərc olunan məqalədə müəllif yazıb.

Müəllifin sözlərinə görə, bu o deməkdir ki, əslində Gorus-Qafan yolu fəaliyyət göstərməyi dayandırır, Urud, Şurnux və Üçkurqan kəndləri isə mühasirəyə düşür.

“Aşağıda 9 noyabr bəyanatından sonra Azərbaycanlıların nəzarəti altına keçmiş Gorus-Qafan sektorlarını təqdim edirik. Həmçinin qeyd edək ki, hakimiyyət bu yola alternativ olaraq Tatev-Qafan torpaq, əyrili və narahat yolunu təklif edir. Ekspertlərin sözlərinə görə, bu, hər hansı şəkildə Gorus-Qafan avtomobil yolunu əvəz edə bilməz”, - deyə məqalədə yazılıb.