Bakı 6˚C Dreary

Hubble Kosmik Teleskopu qəribə qolları olan qalaktika kəşf edib - FOTO

Maraqlı 21:14 28 dek, 2022
Hubble Kosmik Teleskopu qəribə qolları olan qalaktika kəşf edib - FOTO

Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) Hubble Kosmik Teleskopu spiralvari “qəribə” qolları olan yeni qalaktika kəşf edib.

Qazet.az NASA-
ya istinadən xəbər verir ki, Süd yolundan 450 milyon işıq ili uzaqlıqda kəşf edilən "ESO 415-19" adlı qalaktikanın nüvəsindən açılan və "qəribə" şəkildə uzanan qollarının olduğu bildirilib.

NASA-nın kainatda bilinən qeyri-adi xüsusiyyətlərə malik qalaktikaları təsbit etmək üçün yaratdığı Qəribə Qalaktikalar Atlası proqramı çərçivəsində kəşf edilən bu qalaktikanın daha əvvəl baxılan 338 qalaktika arasında olduğu ifadə edilib.

Qeyd edilib ki, “ESO 415-19” qalaktikasının “qəribə” qolları keçmişdə başqa bir qalaktika ilə toqquşub və qalaktikanın qollarının bəzi hissələri cazibə qüvvəsi səbəbindən çəkilərək onları uzun və əyri hala salıb.

Qəribə Qalaktikalar Atlasındakı qalaktikaların əksəriyyətinin formasının qalaktikaların bir-biri ilə toqquşması və ya sürtünməsi nəticəsində əmələ gəldiyi bildirilir.

Astronom Halton Harp tərəfindən yazılmış Qəribə Qalaktikalar Atlası astronomik kataloq hesab edilir.

Hubble Kosmik Teleskopu qəribə qolları olan qalaktika kəşf edib - FOTO
Qaynaq