Bakı 2˚C Mostly cloudy

Hücum olarsa ABŞ ordusu cavab verəcək - Bayden Çini hədələdi

Cəmiyyət 11:39 19 sen, 2022
Hücum olarsa ABŞ ordusu cavab verəcək - Bayden Çini hədələdi

“Çin Tayvana hücum edərsə, ABŞ hərbçiləri adayı müdafiə edəcək”.

Qazet.az  xəbər verir ki, ABŞ Prezidenti Co Bayden belə açıqlama verib. O bildirib ki, ABŞ Tayvanla bağlı üzərinə götürdüyü hərbi öhdəlikləri yerinə yetirəcək:

“Bənzəri görünməmiş hücum olarsa ABŞ adanı müdafiə edəcək. Uzun müddət əvvəl imza atdığımız sənədin arxasındayıq. “Vahid Çin” siyasətinə bağlıyıq və Tayvanı müstəqil olmağa təşviq etmirik. Müstəqillik onların öz qərarıdır”.