Bakı 23˚C Sunny

Hücumu Türkiyə deyil, PKK təşkil edib - Açıqlama

Gündəm 15:35 22 iyl, 2022

İraqlı rəsmi PKK-ya dair dərhal tədbirlər görülməsini tələb edib

Hücumu Türkiyə deyil, PKK təşkil edib - Açıqlama

“İraqın Dəhük vilayətindəki hücumu PKK terrorçuları təşkil edib”.

Qazet.az xəbər verir ki, bu barədə İraq parlamentindəki ən böyük suni koalisiyasının lideri Hamis Hançer belə açıqlama verib. O bildirib ki, PKK bəzi yerli qruplaşmalar vasitəsilə bu hücumu təşkil edib. İraqlı rəsmi PKK-ya dair dərhal tədbirlər görülməsini tələb edib.

Qeyd edək ki, İraqın Dəhük vilayətindəki turistik ərazi bombanıb. Ərazinin bombalanması nəticəsində 10 nəfər həlak olub. 23 yaralı var. Məlumata görə, PKK terrorçuları tərəfindən təşkil edilən hücumun məqsədi təxribat törətmək olub. Hücumdan dərhal sonra terrorçulara yaxınlığı ilə bilinən media platformaları hücumun Türkiyə ordusu tərəfindən təşkil olunduğunu irəli sürüblər. Türkiyənin Xarici İşlər Nazirliyi iddiaları rədd edib.