Bakı -9˚C Dreary

Hulusi Akardan Azərbaycan Ordusu ilə bağlı AÇIQLAMA

Gündəm 16:49 11 dek, 2021

Hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernizasiyasına, təlim və təhsil fəaliyyətlərinə dəstək verir

Hulusi Akardan Azərbaycan Ordusu ilə bağlı AÇIQLAMA

Azərbaycan Türkləri 44 gün davam edən və zəfərlə bitən Tək Vətən Hərəkatı ilə 30 illik işğala son qoyub.

Qazet.az  xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkə parlamentində çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, imzalanmış atəşkəs bəyanatı çərçivəsində yaradılan Birgə Monitorinq Mərkəzində Türkiyə və Rusiya Silahlı Qüvvələrinin şəxsi heyəti birlikdə xidmət aparır, atəşkəsin davamlı olması və sabitlik üçün səy göstərirlər.

H. Akar qeyd edib ki, hazırda Türkiyə Silahlı Qüvvələri Azərbaycan Ordusunun modernizasiyasına, təlim və təhsil fəaliyyətlərinə dəstək verir.

O vurğulayıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina-PHS-lərin birgə axtarışı və zərərsizləşdirilməsinə dair fəaliyyət də davam etdirilir.