Hürrəm Sultanın portreti Londonda alıcı tapıb
Hərracda, həmçinin Süleyman Qanuni və qızı Mihrimah Sultanın iki portreti alıcılar tərəfindən əldə olunub
Londonda təşkil edilən İslam dünyası sənət əsərləri hərracında qədim əl işləri satışa çıxarılıb.
Qazet.az “karakosehaber”ə istinadən xəbər verir ki, Londondakı "İslam dünyası və Hindistan sənət əsərləri" hərracında 1000 illik tarixi rəsim, tablo və əl yazıları satışa çıxarılıb.
Hərracda venesiyalı rəssam Titianın XVI əsrin sonu XVII əsrin əvvəllərində çəkdiyi Osmanlı sultanı Süleyman Qanuninin hərəmi Hürrəm Sultanın portreti də alıcı tapıb. 70 min funt-sterlinqə təklif edilən portret 126 min funt-sterlinqə satılıb.
Hərracda 13-cü əsrdən qalma metal işləri, 2 cüt almaz və zümrüd, Babürlər dövründən qalma eynək, qızıl zərli Qurani-Kərim kitabı, astronomik alətlər, İran miniatür əsərləri və bir Polonez xalçası da olub.
Bununla yanaşı, ticarət sessiyasında venesiyalı rəssam Titianın XVI əsrin sonu XVII əsrin əvvəllərində çəkdiyi Osmanlı sultanı Süleyman Qanuninin hərəmi Hürrəm Sultanın portreti də alıcı tapıb. 70 min funt-sterlinqə təklif edilən portret 126 min funt-sterlinqə satılıb.
Hərracda, həmçinin Süleyman Qanuni və qızı Mihrimah Sultanın iki portreti alıcılar tərəfindən əldə olunub.