Bakı 21˚C Mostly sunny

Hüseyn Əmir Abdullahiyan: “İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır”

Siyasət 12:22 10 dek, 2021

İranın xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Əli Baqiri və Avropa İttifaqının rəsmisi Enrike Moranın sədrliyi ilə dünən Vyanada 4+1 formatında görüşlər keçirilib

Hüseyn Əmir Abdullahiyan: <span style="color:red">“İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır”</span>

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan İranla Vyanada 4+1 formatında davam edən danışıqlara münasibət bildirib.

Qazet.az Fars agentliyinə istinadən xəbər verir ki, İİR-ın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan dünən axşam instaqram səhifəsində İran və 4+1 qrupu arasında sanksiyaların ləğvi ilə bağlı Vyanada davam edən danışıqlar barədə yazıb: “Biz hamımız yaxşı razılıq əldə etmək üçün müzakirə aparmaqdan ötrü Vyanadayıq”.

O, əlavə edib: "Qərb tərəfləri bilməlidirlər ki, ötən səkkiz il ərzində kifayət qədər sözlər deyilib və qeyri-real vədlər verilib, lakin bu gün hərəkətə keçməyin vaxtıdır və biz ciddi və yaxşı razılaşma üçün səy göstərəcəyik”. 

“İranın nüvə proqramı tamamilə dinc xarakter daşıyır, lakin Qərbin iddia etdiyi narahatlıqların aradan qaldırılması sanksiyaların tamamilə ləğvi ilə birbaşa bağlıdır” - o deyib.

Xarici işlər naziri bildirib ki, “Baxmayaraq ki, biz Qərb tərəfinin prinsipcə sanksiyaları ləğv etməyə hazır olub-olmamasına, ya da yalnız öz narahatlıqlarını birtərəfli qaydada həll etməyə çalışmasına şübhə edirik. Amma Qərb tərəfi xoş niyyətlə, fəal və konstruktiv şəkildə danışıqlar apararsa, heç şübhəsiz biz danışıqlarda sürətli irəliləyişin şahidi olacağıq”.