Bakı 10˚C Sunny

Husilərə ağır zərbə: strateji nöqtələr ələ keçirildi

Gündəm 14:18 20 noy, 2021

Husi silahlı birləşmələrinin nəzarətindəki bölgələrə və Hudeydənin cənubunda genişmiqyaslı əməliyyatlar keçirib

Husilərə ağır zərbə: strateji nöqtələr ələ keçirildi

Yəmən ordusu Taiz və Hudeydə rayonlarında strateji nöqtələri ələ keçirib.

Qazet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat verib.

Yəmən ordusu Taizin cənub-qərbində Husi silahlı birləşmələrinin nəzarətindəki bölgələrə və Hudeydənin cənubunda genişmiqyaslı əməliyyatlar keçirib.

Əməliyyatlar çərçivəsində husilərin raket hücumlarını həyata keçirdiyi Əl-Qaziyə dağı başda olmaqla, bir neçə strateji nöqtə ələ keçirilib.

Bundan başqa, Taiz və Hudeydə rayonlarını bir-birinə bağlayan ərazilərə də nəzarət təmin edilib.