Bakı 26˚C Mostly sunny

I qrupda bu abituriyentlər kimyadan yox, informatikadan imtahan verəcək

Gündəm 01:33 28 okt, 2021

“Bununla əlaqədar əlavə elan gələn həftə daha dəqiq şəkildə bizim saytımızda olacaq"

I qrupda bu abituriyentlər kimyadan yox, informatikadan imtahan verəcək

“2022-2023-cü tədris ilində I qrupda informatika üzrə ixtisasları seçən abituriyentlərə imkan veriləcək ki, onlar kimyadan yox, informatikadan imtahan versinlər”.

“Qazet.az” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn mətbuat konfransında bildirib.

“Bununla əlaqədar əlavə elan gələn həftə daha dəqiq şəkildə bizim saytımızda olacaq. Bugünkü alqoritmə uyğun olaraq, I qrupda da dəyişikliklər bir ildən sonra nəzərdə tutulur”, - o qeyd edib.