Bakı 9˚C Mostly cloudy w/ showers

I sinfə şagird qəbulu sabah yekunlaşır

Cəmiyyət 19:29 14 sen, 2021

Təhsil Nazirliyi I sinfə şagird qəbulu ilə bağlı məlumat yayıb

I sinfə şagird qəbulu sabah yekunlaşır

Sentyabrın 15-də 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu prosesi başa çatır.

Təhsil Nazirliyindən AYNA-ya verilən məlumata görə, birinci sinfə şagird qəbulu üzrə elektron portal (www.mektebeqebul.edu.az) sabah saat 18:00-da bağlanacaq.

Qeyd edək ki, aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilib.