Bakı 4˚C Intermittent clouds

İcbari sığortaya dair yeni tələblər

Biznes 09:41 12 yan, 2023
İcbari sığortaya dair yeni tələblər

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta şəhadətnaməsinin forması və məzmununa dair Tələblər”i təsdiq edib.

Qazet.az xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.

AMB-nin Hüquq departamentinə tapşırılıb ki, yeni qərarı Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün 3 gün müddətində Ədliyyə Nazirliyinə təqdim etsin.